Mayın 19-da "Yaban Bulvar"da "Azerish LTD" və "Ilchin LTD" şirkətləri və

Çex Respublikası səfirliyinin birgə təşəbbüsü ilə "Çexiya Pivə Günü" keçirilib.



Bakupost.az xəbər verir ki, tədbirdə Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek (Milan Sedláček) ilə

yanaşı dövlət qurumlarının nümayəndələri, 20-dən çox ölkənin Bakıdakı səfirləri və səfirlik əməkdaşları, illət vəkilləri, iş adamları və jurnalistlər iştirak edib.


Tədbir Çex Respublikasının səfiri Milan Sedlaçek (Milan Sedláček) və Rəşid Hüseynovun açılış nitqi ilə başlayıb.

Daha sonrea məşhur Çexiya pivələri "Prazacka" və "Budweiser", Çexiya mətbəxinin gözəl təamları təqdim olunub.


İştirakçılar xoş və səmimi atmosferdə keçən tədbirdən razı qaldıqlarını bildiriblər.








Mənbə:  Bakupost.az

Write to us.

Fill out the form to report your complaints or suggestions.