Bakıda “Azerish LTD” şirkəti və “Absheron Hotel Group”un birgə təşkilatçılığı ilə “Oktoberfest” pivə festivalı keçirildi.


Payızın keyfini çıxarmaq və ənənəvi alman festivalı olan “Oktoberfest”i qeyd etmək məqsədi ilə rəngarəng tədbir təşkil olundu.

Bu tədbir 29 sentyabrda “Black City Lounge & Terrace”da “Azerish LTD” şirkəti və “Absheron Hotel Group”un birgə təşkilatçılığı ilə baş tutdu


"Oktoberfest" adı altında keçirilən bu xüsusi tədbir, qonaqlara "Erdinger" pivəsi və dadlı yeməklərlə dolu unudulmaz bir təcrübə yaşatmağı hədəfləyirdi.
Tədbir boyunca qonaqlar üçün əsl Bavariya ləzzəti olan "Erdinger" pivəsi çəlləklərdən süzülərək təqdim olundu.

Qonaqlar tədbirə özəl, şefin xüsusi hazırladığı menyudakı dadlı yeməkləri dadaraq festivaldan zövq aldılar.
Bavariyanın zəngin pivə mədəniyyətini özündə cəmləyən "Erdinger"in unikal dadı və təzəliyi, qonaqları məmnun etdi və tədbirə ayrı bir zövq qatdı.
“Oktoberfest” yalnız dadlı yeməklər və pivə ilə deyil, həmçinin canlı musiqi və əyləncəsi ilə yadda qalaraq bu gecəni unudulmaz etdi.

Qeyd edək ki, “Oktoberfest” - Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalıdır. “Oktoberfest bayramı” sentyabr ayının sonlarına yaxın başlayır və 16 gün davam edir.
Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak edir. “Oktoberfest” Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.

Dünyanın müxtəlif şəhərlərində Münhendə keçirilən “Oktoberfest”dən ilhamlanaraq bənzər pivə festivalları keçirilir.

“Oktoberfest” zamanı bir neçə milyon litr pivə içilir. 2007-ci ildə keçirilən festival zamanı 16 gün ərzində 7 milyon litrdən çox pivə içilib. Festival zamanı bir neçə növ və marka pivələrlə yanaşı, gələn turistlərə müxtəlif əyləncələr də təklif edilir. Luna parklar, əyləncə mərkəzləri və Bavariya milli mətbəxi ilə bağlı keçirilən yarmarka və pikniklər buna misal göstərilə bilər.


“Oktoberfest” Bavariya əyaləti üçün mühüm bir hadisədir. Festivalın digər adı “Xalqların yığıncağı”dır. 1999-cu ildə 6 milyondan çox insanın iştirakı ilə festival bir daha region üçün öz əhəmiyyətini göstərib. Həmin il 42 hektar ərazidə keçirilən festivala qatılan insanların 72%-i Bavariya əyalətindən gələnlər olub. 15% iştirakçı digər Avropa ölkələrindən, ABŞ, Kanada, Avstraliyadan gəliblər.





Пишите нам

Для предъявления жалоб или предложений, заполните форму.